"Millidə oynamağıma icazə verilməməsi çox üzücüdü" - Dmitri Nazarov

16:45 - 17 Noyabr 2020

Azərbaycan millisinin Dmitri Nazarov son dövrlərdə yığmadan kənar qalması barədə danışıb.

Sportal.az xəbər verir ki, "Ersgebirge"də çıxış edən yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında söyləyib:

"İndi xüsusi vaxtdır və hər şey çox incədi. Belə məqamda bu cür qərarlar verilməlidi. Karantin tədbirləri səbəbindən Almaniyaya qayıtdıqdan sonra yoluxma və ya məşqdən kənarda qalmaq riski çox böyükdü. Hazırda millidə oynamağıma icazə verilməməsi mənim üçün üzücüdü. Ancaq buna məcburam. Tezliklə vəziyyətin müəyyən dərəcədə yaxşılaşacağına ümid edirəm".

Xəbər xətti