Azərbaycan millisinin Millətlər Liqasının VI turunda Lüksemburqla keçirəcəyi oyun üçün “23-lüy”ü açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Canni de Byazi 3 futbolçudan imtina edib.
Bunlar Mirabdulla Abbasov, Namiq Ələsgərov (hər ikisi "Neftçi") və Rəhman Hacıyevdi ("Keşlə"). Abbas Hüsynov zədə səbəbindən kənarda qalıbsa, Rahil Məmmədovla Təmkin XƏlilzadə koronavirusa yoluxub.
