"Zirə"nin futbolçusu Klesio Bauk koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Mozambik yığmasının düşərgəsində olan 26 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virus aşkarlanıb.
Mozambik dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.
