FIFA rus futbolçunu ömürlük cəzalandırdı

12:55 - 18 Noyabr 2020

Rusiyalı müdafiəçi Dmitri Aydov futboldan ömürlük kənarlaşdırılıb.

Sportal.az xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib. 38 yaşlı oyunçu dünyanın heç bir ölkəsində futbol fəaliyyəti ilə məşğul ola bilməz.

Qərara səbəb Aydovun danışılmış oyunlarda iştirakıdı. Onun çıxış etdiyi Belarusun "Qomel" klubunun iki oyununda belə hadisə aşkarlanıb. Hər iki oyunun verilməsində Dmitri təkbaşına iştirak edib.

Xəbər xətti