Gürcüstan millisində yeni baş məşqçi - keçmiş "Keşlə"li

13:33 - 18 Noyabr 2020

Gürcüstan millisinə müvəqqəti baş məşqçi təyin olunub. Yığma Ramaz Svanadzeyə tapşırılıb.

Sportal.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Komandanı Millətlər Liqasının sonuncu turunda Estoniya qarşısına komandanı Ramaz çıxaracaq. Milliyə yeni baş məşqçi təyin olunana kimi komandanı məhz Svanadze çalışdıracaq.

Ramaz Svanadze xeyli müddət Bakı "İnter"ində (indiki “Keşlə”) işləyib. 39 yaşlı mütəxəssis bu komandanın sabiq baş məşqçisi Zaur Svanadzenin qardaşı oğludu.

Xəbər xətti