Balotelli İngiltərə klubunda oynamaqdan imtina etdi

16:23 - 18 Noyabr 2020

Mario Balotelli İngiltərə klubunun təklifini rədd edib.

Sportal.az "The Sun" nəşrinə itinadən xəbər verir ki, 30 yaşlı futbolçunun "Barnsli"də çıxış etmək variantı yaranıb. Ancaq İtaliya millisinin sabiq üzvü Çempionşipdə oynamaq istəmədiyi üçün bu təklifi qəbul etməyib.

Son olaraq "Breşiya"da çıxış edən Mario Balotelli hazırda İtaliyanın D Seriyası təmsilçisi "Françakorta"da məşq edir.

Xəbər xətti