Lionel Messi daha bir rekorda imza atıb.
Sportal.az xəbər verir ki, Argentina millisinijn kapitanı yığmanın heyətində ən çox qələbə qazanan futbolçu adına yiyələnib. O, buna DÇ-2022-nin seçmə mərhələsində Peruya qalib gəldikləri görüşdə (2:0) rekorda nail olub.
142 görüşdə 85-ci qələbəsi olan Messi 147 qarşılaşmada 84 dəfə qalibiyyətə sevinən sabiq komanda yoldaşı Xavyer Maskeranonun rekordunu yeniləyib.
