Neymar zədəsini sağaltdı

11:38 - 19 Noyabr 2020

PSJ-nin hücumçusu Neymar zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, milliyə dəvət alan 28 yaşlı hücumçu sol ayağındakı əzələ zədəsi səbəbindən Braziliyanı vaxtından öncə tərk etmiş və klubunun düşərgəsinə qayıtmışdı. Paris təmsilçisinin yaydığı məlumata görə, Neymar artıq fərdi məşqlərə başlayıb.

"Sambaçı" bu mövsüm PSJ-də 6 oyuna çıxıb və 2 qol vurub.

Xəbər xətti