Ramosun durumuna aydınlıq gəldi

10:50 - 20 Noyabr 2020

"Real"ın İspaniya millisinin heyətində zədələnən futbolçusu Serxio Ramosun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, ətraflı tibbi müayinədən keçən müdafiəçinin bir müddət komandaya kömək edə bilməyəcəyi məlum olub. Komandanın kapitanının “Vilyarreal”, “İnter” və “Alaves”lə görüşləri buraxacağı bildirilir.

Ramosun ən yaxşı halda dekabrın 1-də keçiriləcək “Şaxtyor”la görüşdə iştirakı gözlənilir.

Xəbər xətti