“Sumqayıt”ın yarımmüdafiəçisi Rüfət Abdullazadə təcrübə məqsədi ilə 1 həftə müddətində Türkiyənin Super Liqa təmsilçisi “Fatih Karagümrük” klubunun düşərgəsində olub.
Sportal.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Sumqayıt” gənc futbolçuların xarici klublarda təcrübə toplaması ilə bağlı bu tip layihələri davam etdirməkdədi.
Bir müddət əvvəl daha bir futbolçu - Səbuhi Abdullazadə də ötən il eyni məqsədlə Xorvatiyanın "Osiyek" klubunun düşərgəsinə yollanmışdı.
