Zədəsini sağaldan Yunuszadə "Şkupi"yə qayıtdı

13:32 - 23 Noyabr 2020

Şimali Makedoniyanın “Şkupi” klubunda forma geyinən Azərbaycan millisinin keçmiş üzvü Elvin Yunuszadə zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, sağ ayağının topuq nahiyəsindən zədə alan müdafiəçi bu səbəbdən keçən ayın əvvəllərində Azərbaycana qaytmışdı və burda müalicə alırdı. Tam sağalan futbolçu iki gün öncə Şimali Makedoniyaya - klubunun düşərgəsinə yollanıb.

Yunuszadə yay transfer dönəmində “Şkupi” ilə müqavilə imzalayıb. O, bu komandanın heyətində 2 oyun keçirib. “Renova” və “Struqa” ilə matçlarda 90 dəqiqə meydanda olan futbolçu ikinci görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Xəbər xətti