Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub rəhbərliyi Super Liqanın IX turunda səfərdə "Göztepe"yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra belə bir qərar qəbul edib.
Fuat Çapa "Ankaragücü"yə bu il sentyabrın əvvəlində baş məşqçi təyin edilmişdi. Komanda hazırda 7 oyundan sonra 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.
