Səmədli Çempionlar Liqası oyununa təyinat aldı

16:28 - 23 Noyabr 2020

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində keçiriləcək “Allstars” (Avstriya) – “Luxol St. Andrevs” (Malta) oyununun hakim-inspektoru olacaq.

Sözügedən qarşılaşma noyabrın 28-də baş tutacaq.

Xəbər xətti