"Milan"da İbrahimoviç şoku

17:42 - 23 Noyabr 2020

İtaliya A Seriyasının VIII turunda "Napoli" ilə qarşılaşmada (3:1) "Milan" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb. Matçın 78-ci dəqiqəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib və əvəzlənib. Onun 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Zlatan bu oyunda komandasının iki qolunu vurub.

Xəbər xətti