"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi "Silvasspor"da koronavirusa yoluxanların sayı artıb.
Sportal.az xəbər verir ki, daha 1 futbolçu və işçidə infeksiya aşkarlanıb. Onların karantinə alındığı və müalicələrinə başlanıldığı bildirilib.
Bundan əvvəl Türkiyə təmsilçisində 5 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.
Noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
