Ceko koronavirusdan sağaldı

16:45 - 24 Noyabr 2020

"Roma"nın koronavirusa yoluxan futbolçusu Edin Ceko sağalıb.

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçunun sonuncu testi mənfi olub.

Bu barədə o, sosial şəbəkə hesabından paylaşım edib. Bosniya və Herseqovina yığmasının üzvü tezliklə komanda ilə məşqlərə başlayacağını bildirib.

Cekoda noyabrın əvvəlində koronavirus aşkarlanmışdı.

Xəbər xətti