"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la oyundan (3:2) sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, gözəl oyun keçirdiklərini söyləyib:
"Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, mükəmməl mübarizə apardıq. Komandamla qürur duyuram. Bizim üçün gözəl oyun oldu".
