Nağyev üçün 90 dəqiqə və 1 xal

10:55 - 27 Noyabr 2020

Moldova çempionatında XX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki. Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” səfərdə “Petrokub”la heç-heçə edib - 1:1.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

Moldova çempionatındakı digər azərbaycanlı futbolçu - Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçını keçirib. Bu kollektiv isə səfərdə “Buyukani” ilə qolsuz heç-heçəyə razılaşıb. Amitin adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

20 turdan sonra 28 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci, “Milsami” isə 38 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti