"Sivasspor"un prezidenti "Qarabağ"a təşəkkür etdi

12:22 - 27 Noyabr 2020

"Sivasspor"un prezidenti Mecnun Otyakmaz Avropa Liqasında "Qarabağ"la oyun (3:2) haqda fikitlərini bildirib.

Sportal.az xəbər verir ki, o, matç barədə öyləyib:

"Stressli oyun idi. Koronavirus xəstələrinin sayının çox olması və zədəlilərin durumu bizi qorxudurdu. Birinci hissə narahatlığımızın nə qədər haqlı olduğunu göstərd. Qrupda daha iki vacib görüşümüz var. “Vilyarreal” bu gün “Makkabi” ilə heç-heçə etdi. Niyə biz də onlarla bərabərə qalmayaq? “Makkabi” üzərində qələbə ilə də qrupdan çıxmaq istəyirik. Türk millətinin dəstəyini arxamızda hiss edirik. Bu dəstəklə hədəfimizə çatacağımıza inanırıq”.

Klub rəhbəri sonda “Qarabağ”a təşəkkürünü çatdırıb: “Oyunun İstanbulda keçirilməsinə baxmayaraq, qonaqpərvərliyə görə “Qarabağ”a təşəkkür edirəm. Hər iki tərəf iki dövlət, bir millət deyimini boşa çıxarmadı. Azərbaycan klubuna təşəkkürümü bildirirəm”.

Xəbər xətti