Premyer Liqada daha bir oyun təxirə salındı - koronavirusa görə

13:30 - 27 Noyabr 2020

Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Sportal.az xəbər verir ki, XI turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək

Xəbər xətti