Avrokuboklarda qrup mərhələsinin IV turunun oyunlarından sonra klubların yeni UEFA reytinqi açıqlanıb.
Sportal.az xəbər verir ki, cədvəldə müəyyən dəyişikliklər olub.
Avropanın ən yaxşı 100 komandası sırasında Azərbaycandan yalnız "Qarabağ" yer alıb. Ağdam təmsilçisi 21,000 xalla 65-ci yerə şərikdi.
"Qarabağ" buna qdəər 65-66-cı yerləri bölüşürdü. Artıq "Feyenord" da təmsilçimizə və "Styaua"ya (Rumıniya) şərik olub.
