"Everton" ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Luka Din əməliyyat olunacaq.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Son məşqlərin birində zədlənən oyunçunun bərpa müddəti bilinmir.
Premyer Liqada 9 tura 16 xal toplayan Liverpul təmsilçisi 6-cı pillədə qərarlaşıb. Din bu oyunların 8-də meydanda olub.
