"Neftçi" ilə "Zirə" heç-heçəyə razılaşdı - YENİLƏNİB

17:50 - 28 Noyabr 2020

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. "Neftçi" "Zirə"ni qəbul edib. Saat 16:00-da başlayan matçda hesab açılmayıb - 0:0.

Bu günə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı bölgə  komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

Turun qalan oyunları növbəti iki gün ərzində keçiriləcək.

Azərbaycan Premyer Liqası
XI tur

28 noyabr (şənbə)

16:00. "Neftçi" – "Zirə" - 0:0

“Bakcell Arena”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

Xəbər xətti