"Barselona"nın futbolçusu Jerar Pike klubun prezidenti olmaq niyyətindədi.
Sportal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi bu barədə "Marca"ya açıqlamasında məlumat verib. O, futbolçu karyerasını bitirəndən sonra klubda idarəçi olmağı düşündüyünü söyləyib.
Pike "Barselona"nın yetirməsidi və 2008-ci ildən əsas komandada çıxış edir.
