Nəbiyevli "Viktoriya"dan heç-heçə

00:07 - 6 Dekabr 2020

Çexiya II liqasında XII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Yihlava” ilə heç-heçə edib - 1:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub. Bu mövsüm bir qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.

12 turdan sonra 19 xalı olan “Viktoriya” 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti