"Milan" İtaliya A Seriyasında son 65 ilin ən yaxşı startına imza atıb. Ötən gecə "Sampdosiya"nın məğlub edən (2:1) Stefano Piolinin komandası ilk 10 turda 8 qələbə qazanıb.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın tarixində ən yaxşı start 1954/55 mövsümündə olub. Həmin vaxt Milanın eyniadlı təmsilçisi 10 oyunda 9 qələbə qazanıb.
Bundan başqa, "Milan"ın çempionatdakı məğlubiyyətsizlik seriyası 22-yə çatıb. Komanda sonuncu dəfə martın 8-də "Cenoa"ya uduzub - 1:2.
