Alkaser "Qarabağ"a qarşı oynamayacaq

10:54 - 8 Dekabr 2020

"Vilyarreal"ın futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyunu buraxacaq.

Sportal.az xəbər verir ki, bu barədə İspaniya klubunun saytı məlumat yayıb. Bildirilir ki, La Liqanın 12-ci turunda "Elçe" ilə matçda (0:0) zədələnən forvard tibbi müayinədən keçib və onun bud əzələsində yırtıq aşkarlanıb. İspaniya millisinin üzvü bu səbəbdən bir müddət yaşıl meydanlardan kənar qalacaq. O, ən azı "Qarabağ"la görüşdə iştirak etməyəcək.

Dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər xətti