İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə qrup mərhələsini təhlil edib.
Sportal.az xəbər verir ki, o, maraqlı qrupa düşdüklərini söyləyib:
"Həyəcanverici qrupa düşdük. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidi. Serbiya yaxşı heyətə sahibdi. Qrupumuzda Lüksemburq və Azərbaycan yığmaları da var. Hər ikisi son vaxtlar inkişaf etmiş komandalardı".
Kenni beş komandalı qrupun özəlliklərindən danışıb: "Bu, martda 3 oyun pəncərəsinin, 3 rəqabətli matçın olması deməkdi. Müsbət haldı və düşünürəm ki, marta qədər millidə çox oyunçumuz olacaq. Son bir neçə ayda on futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Təcrübəlilərlə birlikdə martda heyətimiz çox güclü olacaq. İnanıram ki, bu müddət ərzində pandemiya ilə bağlı müsbət irəliləyiş olacaq və möhtəşəm azarkeşlərimiz tribunalara qayıdacaq".
İrlandiya yığması Serbiya, Portuqaliya, Lüksemburq və Azərbaycan millisi ilə birlikdə A qrupunda qərarlaşıb.
