"Mançester Yunayted"in ulduzu Pol Poqba klubdan ayrılır.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Mino Rayola İtaliya mətbuatına danışıb. O, futbolçunun "qırmızı şeytanlar"da karyerasının bitdiyini açıqlayıb:
"Poqba klubda xoşbəxt deyil, özünü istədiyi kimi ifadə edə bilmir. Düşünürük ki, o, komandasını dəyişməlidi".
Fransız oyunçu "Yuventus"dan 105 milyon avroya keçdiyi Mançester klubunda 177 oyun oynayıb, 34 qol və 35 məhsuldar ötürməyə imza atıb.
