Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Portuqaliya yığmasının çalışdırıcısı Fernandu Santuş püşk haqda danışıb.
Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis qrupu belə dəyərləndirib:
"Püşklər təhlil üçün yox, oynamaq və qalib gəlmək üçündü. Çətinliklərlə üzləşmək istəmiriksə, üçün yaxşı hazırlaşmalıyıq. Çünki Avropa Çempionatının seçmə mərhələsində belə hal yaşadıq - Serbiya və Ukrayna ilə qarşılaşmalarda xal itirdik. Mart ayında oynayacağımız üçün qrafiki də nəzərə almalıyıq.
Qrupun ən böyük favoriti Portuqaliyadı. Bu, göz qabağındadı. Serbiya isə əsas rəqibimizdi. Bu komandanın heyətinə baxsaq, görərik ki, Avropanın tatnınmış klublarında çıxış edən bəzi futbolçuları var. Onlar güclü rəqibdilər.
Bəzi rəqiblərlə az qarşılaşmışıq. Amma onları yaxşı tanıyırıq. Bu, həmin komandaları təhlil etməkdə bizə kömək edə bilər. Azərbaycana səfər həmişə problemdi. Mən bunun tezliklə olmasını istəyirəm. Dünya çempionluğuna namizədlərdən olmaq istəyiriksə, bu mərhələni keçməliyik".
Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb.
