"Özilin heyətdən kənar saxlanması çox uğursuz seçimdi"

14:49 - 8 Dekabr 2020

"Arsenal"ın əfsanəsi Frederik Lyunberq London klubunun bu mövsümkü uğursuz çıxışının səbəbini Mesut Özilin heyətdən kənar saxlanması ilə əlaqələndirir.

Bir müddət komandada köməkçi-məşqçi və müvəqqəti baş məşqçi kimi də çalışan isveçli İngiltərə mətbuatına deyib:

"Arsenal" Mesut Özil'in yarımmüdafiədəki yaradıcılığından məhrum qaldığı üçün hücumda çətinlik çəkir. Onun heyətdən kənarda qalması ilə bağlı qərarı anlaya bilmirəm. Rəqib müdafiəsini yarmaq üçün Mesut Özildən daha bacarıqlı çox az futbolçu var. Mesut Özil "Arsenal"a lazımdı. Hər tur start heyətdə olması məcburi deyil. Ancaq topa sahib olmaq və təhlükəli ara ötürmələri istəyəndə bunu Mesutdan daha yaxşı edəcək futbolçu tapa bilməzsiz. Bəli, müdafiə baxımından daha az fayda görərsiz, ancaq belədə qol vurmaq, oyunu qələbə ilə başa vurmaq şansınız artar. Özilin 25 nəfərlik heyətdə yer almaması çox uğursuz seçimdi".

Bu mövsüm 11 turda cəmi 10 qol vuran, 4 qələbə, 1 heç-heçə və 6 məğlibiyyət yaşayan "Arsenal" 13 xalla Premyer Liqanın 15-cisidi.

Xəbər xətti