Serbiya millisinin sabiq baş məşqçisi Lyubinko Druloviç DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupundan danışarkən deyib:
"Kənardan qrup sanballı görünə bilər. Amma düzünü deyək ki, burda heç bir komanda Portuqaliya ilə müqayisə oluna bilməz. Onların çox güclü komandası var. Avropa çempionu və Millətlər Liqasının qalibidi. Portuqaliyalılar qrupun favoritidi. O qədər geniş heyətə malikdilər ki, seçmə mərhələyə 2 komanda buraxa bilərlər. Kriştiano Ronaldo yığmadakı oyun və qol sayında rekordlar üçün vuruşur. İnanın ki, istəyinə çatmasa, dayanmayacaq".
Druloviç 2-ci yer uğrunda mübarizədən də danışıb: "Qrupumuzda yalnız üç komanda – İrlandiya, Lüksemburq və Azərbaycan olsaydı, işimiz daha asan olardı. Amma indi ikinci yer uğrunda əsas rəqibimiz İrlandiyadı. Onlar bizim üçün çox qeyri-münasib komandadı. Dublində onlara qalib gəldik, lakin final mərhələsinə rəqib çıxdı. Kiçik oyunlar bizim üçün problem yaradır. Cəmi 8 oyunun olduğu qrupda səhv etməyə haqqımız yoxdu. 2-ci yer uğrunda mübarizə aparmalı, mümkün qədər Portuqaliyaya təzyiq etməliyik. İkinci olmaq üçün hər şey öz əlimizdədi".
