AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda I Divizioniun VIII turunda yaşananlara hüquqi qiymət verilib:
Keşlə-2” – MOİK oyununda meydan sahibi klub AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirmədiyi üçün 80 manat cərimə olunub.
“Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
VIII turun “Kəpəz” – “Qarabağ-2” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə edilib.
Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün “Kəpəz” 40 manat cərimə olunub.
“Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
“Qarabağ-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Zaqatala” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimələnib;
“Neftçi-2” – “Turan Tovuz” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Sabah-2” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
