Yığmamızın rəqibləri müəyyənləşdi

14:34 - 9 Dekabr 2020

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportal.az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu yığma Lüksemburq, Norveç və Belçika ilə birlikdə 3-cü qrupda yer alıb.

52 komandanın mübarizə apardığı seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.

Qarşılaşmalar 1 iyul – 16 noyabrda olacaq.

Xəbər xətti