Fransanın "Nant" klubu baş məşqçisi Kristian Qurkyuffla yolları ayırıb.
Sportal.az xəbər verir ki, 65 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fransalı çalışdırıcı 2019-cu ildən komandaya rəhbərlik edirdi.
"Nant" hazırda Liqa 1-də 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
