Çempionlar Liqasında yeni rekord

16:59 - 9 Dekabr 2020

"Borussiya"nın futbolçusu Yussufa Mukoko Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, kamerunlu oyunçu buna VI turda Zenit-lə matçda (2:1) iştirak etməklə nail olub. 16 yaş 18 günlüyündə olan hücumçu qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olub və bununla da ÇL tarixinin ən gənc futbolçusu adına yiyələnib.

Mukoko bu mövsümdən Dortmund klubunun əsas komandası ilə məşq edir. O, debütnü Almaniya Bundesliqasının VIII turunda "Herta" ilə görüşdə edib.

Xəbər xətti