Vebonun qırmızı vərəqəsi ləğv edildi

17:51 - 9 Dekabr 2020

UEFA Çempionlar Liqasının qrup mərhələsində bu günə təxirə salınan PSJ - "Başakşəhər" oyunu ilə bağlı yeni qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul klubunun kpməkçi-məşqçisi Pyerr Veboya verilən qırmızı vərəqə cəzası ləğv edilib.  38 yaşlı məşqçi bu gün davam etdiriləcək görüşdə məşqçilər korpusunun tərkibində yer alacaq.

Dünən keçirilən oyun 14-cü dəqiqədə dayandırılıb. Qarşılaşma bu gün 21:55-dən hakimlər komitəsinin tam tərkibdə dəyişdirilməsi ilə davam etdiriləcək.

Xəbər xətti