Neymardan daha bir rekord

15:57 - 10 Dekabr 2020

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, "Başakşəhər"ə qarşı VI tur matçında (5:1) het-trik edən braziliyalı Paris klubunun heyətində turnirdə vurduğu qolların sayını 20-yə çatdırıb.

Daha əvvəl "Barselona"da 20 qol həddini aşan "sambaçı" turnirdə iki fərqli komandada 20 qol vuran ilk futbolçu olub.

Xəbər xətti