"Napoli"nin iki futbolçusunda koronavirus aşkarlandı

16:53 - 10 Dekabr 2020

"Napoli"nin iki futbolçusunda koronavirus aşkarlanıb.

Sportal.az xəbər verir ki, komandanın müdafiəçiləri - Elseyd Husay və Amin Rrahmaninin testi müsbət çıxıb. Bundan əvvəl koronavirusa yoluxan iki oyunçu və digər futbolçularda isə xəstəlik aşkarlanmayıb.

Husay və Rrahmaninin karantinə alındığı bildirilib.

"Napoli" Avropa Liqasının qrup mərhələsinin VI turunda bu gün "Real Sosyedad"ı qəbul edəcək.

Xəbər xətti