Millimizin rəqibinin baş məşqçisi istefaya göndərildi

11:00 - 15 Dekabr 2020

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən olan Serbiya yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

Sportal.az xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

68 yaşlı mütəxəsislə AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz nəticələrə görə yollar ayrılıbb. Komanda pley-off mərhələsində Şotlandiyaya uduzaraq Avropa çempionatına vəsiqə qazana bilməyib.

A qrupunda Azərbaycan və Serbiya milliləri ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq də yer alıb.

Xəbər xətti