"Fənərbağça"da koronavirusa yeni yoluxma

11:53 - 15 Dekabr 2020

"Fənərbağça"da koronavirusa yeni yoluxma faktı aşkarlanıb.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klub işçilərindən birində koronavirus aşkarlanıb. Adı açıqlanmayan həmin şəxs dərhal karantinə alınıb.

Komandanın məşq bazası isə dezinfeksiya olunub.

Xəbər xətti