"Roma"da yeni müqavilə

17:14 - 16 Dekabr 2020

"Roma" futbolçusu Rikkardo Kalafyorinin müqaviləsinin müddətini artırıb.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi 18 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Roma"nın yetirməsi olan Kalafyori bu mövsüm Avropa Liqasında 2 oyuna 1 qol vurub.

Xəbər xətti