İsrafilovlu "Albasete" kubokda dayandı

10:40 - 17 Dekabr 2020

İspaniya kubokunda 1/64 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Kordoba” ilə qarşılaşıb. 0:1 hesabıyla məğlub olan “Albasete” kubokda mübarizəni dayandırıb.

Eddi də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Xəbər xətti