Messidən yubiley qələbəsi

11:51 - 17 Dekabr 2020

"Barselona" İspaniya La Liqasının XIX turunda "Real Sosyedad"a 2:1 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, doğma meydanda qazanılan bu qələbə komandanın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Bu, argentinalı futbolçunun "Kamp Nou"da yubiley - 300-cü qələbəsi kimi tarixə keçib. Onlardan 211-i La Liqada, 53-ü Çempionlar Liqasında, 30-u ölkə kubokunda, 6 qalibiyyət isə Super kubok matçında qeydə alınıb.

Xəbər xətti