Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə “Krasnodar”a uduzub – 0:1.
Azər bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Ufa” 19 oyuna topladığı 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
