İbrahimoviç üçün il erkən başa çatdı

11:52 - 19 Dekabr 2020

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç bu il oyun keçirməyəcək.

Sportal.az xəbər verir ki, 39 yaşlı hücumçu zədəsini tam sağaltmaq üçün fərdi məşqlərini davam etdirir. Lakin isveçli oyunçunun hələ də komandaya qoşulmadığı və buna görə də növbəti ilədək matçlara çıxmayacağı bildirilib.

"Milan" A seriyasında dekabrın 20-si "Sassuolo" ilə, dekabrın 23-də isə "Latsio" lə qarşılaşacaq.

Xəbər xətti