"Milan" Türkiyə millisinin üzvü ilə danışıq aparır

17:34 - 19 Dekabr 2020

"Milan" "Şalke"nin futbolçusu Ozan Kabakı transfer etmək istəyir.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossoneri" 20 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. Transferin qışda reallaşacağı ehtimal edilir.

Türkiyə millisinin üzvünün "qırmızı-qaralar"a keçidinin 23-25 milyon avroya başa gələcəyi bildirilir.

2019-cu ilin yayından "Şalke"də çıxış edən Ozan bu mövsüm Bundesliqada 7 oyuna çıxıb. Müdafiəçi Türkiyə millisində də 6 oyun keçirib.

Xəbər xətti