"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XII turunda "Zirə" ilə səfər oyunundan (2:2) sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, matçdan sonra təşkil edilən mətbuat konfransında deyib:
"Bizi çətin oyun gözlədiyinin fərqində idik. Komanda ağır xəstəlikdən qurtulub. Hesabdan asılı olmayaraq, onlara təşəkkür edəcəkdim. Bütün komanda meydanda xarakter nümayiş etdirdi. Oyundan bir gün öncə futbolçularımın çətin olsa da, oynamaq istədiklərini bildirməsi məni çox sevindirdi. Bütün komandamla fəxr edirəm. “Zirə”nin də gücünə bələd idik. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Ona da uğurlar arzu edirəm. İnşallah “Sabah”la oyundan sonra da qış fasiləsi üçün toparlanacağıq".
