Azərbaycan Premyer Liqasının XII turunda evdə “Neftçi”yə məğlub olan (0:2) "Sabah"ın baş məşqçisi Visente Qomes oyunsonrasə mətbuat konfransında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis deyib:
“Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Təəssüf ki, ilk hissənin son dəqiqəsində penaltidən qol buraxdıq. İkinci hissəyə “Neftçi” tərəfi daha yaxşı başladı. Rəqib qol vurduqdan sonra bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Məncə, bu şanslardan yararlana bilsəydik, nəticə başqa cür ola bilərdi”.
