"Yuventus"un futbolçusu Kriştiano Ronaldoya "Golden Foot" mükafatı təqdim olunub.
Sportal.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu dekabrın 1-də layiq görüldüyü mükafatı koronavirus pandemiyası səbəbindən yalnız dünən əldə edə bilib
Futbolun inkişafındakı xüsusi xidmətlərə görə təqdim olunan "Golden Foot" mükafatı ildə bir dəfə və yaşı 29-dan az olmayan futbolçulara verilir.
